Fransalı idmançı astma dərmanlarına görə diskvalifikasiya edilib

Fransalı idmançı astma dərmanlarına görə diskvalifikasiya edilib Fransa millisinin atleti Teddi Atin-Venel 5 ay müddətinə diskvalifikasiya edilib
Futbol
11 Noyabr , 2021 11:36
Fransalı idmançı astma dərmanlarına görə diskvalifikasiya edilib

Fransa millisinin atleti Teddi Atin-Venel 5 ay müddətinə diskvalifikasiya edilib.

"Report"un məlumatına görə, buna 36 yaşlı sprinterin astma əleyhinə salbutamol dərmanından yararlanması səbəb olub.

Antidopinq qaydalarına əsasən, idmançılar bu dərmandan kiçik dozalarda istifadə edə bilərlər. Lakin Atin-Venelin analizlərində salbutamolun miqdarı yüksək çıxıb.

Atlet dərmandan icazə verilən dozalarda istifadə etdiyini və təqsirsiz olduğunu söyləyib.

Qeyd edək ki, bu, Teddi Atin-Venelin 2017-ci il nümunəsində aşkarlandığı üçün Fransa yığmasının 2017-ci ildə Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 4x400 metr məsafəyə estafet qaçışının nəticələri ləğv olunub. Komanda həmin vaxt 8-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi