Fransalı hücumçu "Səbail"ə keçdiyi üçün sevinir

Fransalı hücumçu "Səbail"ə keçdiyi üçün sevinir "Azərbaycan Premyer Liqasını artıq tanıyıram. “Qəbələ"nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm".
Futbol
9 Sentyabr , 2021 17:56
Fransalı hücumçu Səbailə keçdiyi üçün sevinir

"Azərbaycan Premyer Liqasını artıq tanıyıram. “Qəbələ"nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm".

"Report"un məlumatına görə, bunu "Səbail"in yeni transferi Nikolas Raysel klubun rəsmi saytına açıqlamasında deyib.

Fransalı hücumçu "dənizçilər"in ötən mövsüm maraqlı oyun nümayiş etdirdiyini bildirib: "Sadəcə, bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacağam".

28 yaşlı forvard azarkeşləri stadionlarda görəcəkləri üçün çox sevincli olduqlarını vurğulayıb: "Güclü komandamız var və kollektiv formalaşmaqda davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq".

Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt"ı qəbul edəcək. Sentyabrın 12-si “ASCO Arena”da oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi