Fransalı futbolçu ürəktutmasından dünyasını dəyişib

Fransalı futbolçu ürəktutmasından dünyasını dəyişib Belçikanın "Ostende" komandasının sabiq futbolçusu Frank Berye 37 yaşında dünyasını dəyişib.
Futbol
13 Avqust , 2021 15:08
Fransalı futbolçu ürəktutmasından dünyasını dəyişib

Belçikanın "Ostende" komandasının sabiq futbolçusu Frank Berye 37 yaşında dünyasını dəyişib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran yarımmüdafiəçinin ölümünə ürək tutması səbəb olub.

İdmanla məşğul olarkən ürəyi dayanan keçmiş oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Berye Belçikada "Ostende" ilə yanaşı, "Zülte Varegem", "Standard" və "Mexelen" klublarının, həmçinin ölkəsində "Kann" və "Bovo" komandalarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi