"Qalatasaray"ı təhqir edən fransalı jurnalist üzr istəyib

"Qalatasaray"ı təhqir edən fransalı jurnalist üzr istəyib "Dünən axşam mətbuat konfransından əvvəl zarafat hesab etdiyim hərəkətlə həddi aşdığımın fərqinə vardım"
Futbol
25 Noyabr , 2021 15:09
Qalatasarayı təhqir edən fransalı jurnalist üzr istəyib

Türkiyənin "Qalatasaray" klubunu təhqir edən fransalı jurnalist Romen Kanuti üzr istəyib.

"Report"un məlumatına görə, Kanuti bu barədə tviter hesabından paylaşım edib.

"Dünən axşam mətbuat konfransından əvvəl zarafat hesab etdiyim hərəkətlə həddi aşdığımın fərqinə vardım. Buna görə "Qalatasaray" azarkeşlərindən üzr istəyirəm" deyə o yazıb.

Qeyd edək ki, Romen Kanuti "Marsel"in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl "Qalatasaray"ı təhqir edib. Media nümayəndəsi "sarı-qırmızılar"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında "aslanı əhliləşdirdim" yazıb.

13:14

Fransalı jurnalist Romen Kanuti Türkiyənin "Qalatasaray" klubunu təhqir edib.

"Report"un məlumatına görə, hadisə "Marsel"in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl baş verib.

Media nümayəndəsi "sarı-qırmızılar"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında "aslanı əhliləşdirdim" yazıb.

Onun bu hərəkətinə yerli azarkeşlər etiraz ediblər.

Qeyd edək ki, bu gün oynanılacaq "Qalatasaray" - "Marsel" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi