Bakı. 2 mart. REPORT.AZ/ Valter Luzi təsisçisi olduğu “Şambli” futbol klubunun Fransa Kubokunun yarımfinalına vəsiqə qazanmasından bir neçə saat sonra vəfat edib.
“Report” klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, komandanın 1/4 finalda “Strasbur” üzərində qələbəsini canlı izləyən 77 yaşlı funksionerin oyundan sonra halı pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, V.Luzi klubu 1989-cu ildə oğulları Flavio və Bruno ilə birgə yaradıb. Flavio hazırda Fransanın III divizionunda çıxış edən “Şambli”nin prezidentidir.