Fransada hakim futbolçunu nokdauna salıb

Fransada hakim futbolçunu nokdauna salıb Fransada futbol üzrə ölkə çempionatının 13-cü turu çərçivəsində keçirilən "Reyms" - "Monako" matçında görüşün baş hakimi Jeremi Pinyarın iştirakı ilə kuryoz hadisə baş verib.
Futbol
891
8 Noyabr , 2021 03:38
Fransada hakim futbolçunu nokdauna salıb

Fransada futbol üzrə ölkə çempionatının 13-cü turu çərçivəsində keçirilən "Reyms" - "Monako" matçında görüşün baş hakimi Jeremi Pinyarın iştirakı ilə kuryoz hadisə baş verib.

“Report” xəbər verir ki, matçın birinci hissəsinin əvvəlində hakim səhvən “Reyms”in yarımmüdafiəçisi Moret Kassamın üzünə dirsəyini vuraraq, onu yerə yıxıb.

Qvineya-Bisaudan olan futbolçunun həkimlərin köməyinə ehtiyacı olsa da, matçı davam etdirə bilib.

Oyun qolsuz bərabərliklə bitib. 13 turdan sonra 18 xalla "Monako" Liqa 1-in turnir cədvəlinin onuncu pilləsində, "Reyms" isə 12 xalla 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi