Fransada futbol oyunu iğtişaşlara görə dayandırılıb

Futbol
  • 17 mart, 2025
  • 02:10
Fransada futbol oyunu iğtişaşlara görə dayandırılıb

Fransa çempionatının XXVI turunun "Monpelye" və "Sent-Etyen" komandaları arasındakı oyunu tribunalardakı iğtişaşlar səbəbindən dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “RMC sport” telekanalı məlumat yayıb.

"Monpelye" azarkeşləri meydana tüstü bombaları atmağa başladıqdan sonra oyun 57-ci dəqiqədə dayandırılıb. Baş hakim Fransua Leteksye "Sent-Etyen" 2:0 hesabı ilə öndə olarkən futbolçuları paltardəyişmə otağına aparıb.

"Monpelye" hazırda 15 xalla turnir cədvəlində sonuncu - 18-cidir. "Sent-Etyen" 20 xalla 17-ci pillədə qərarlaşıb.

44 filmi