"Tuluza" və PSJ komandaları arasında gerçəkləşəcək Fransa Superkuboku ərəb ölkələrindən birində keçirilə bilər.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, yanvarın 3-nə planlaşdırılan qarşılaşmanın Qətər və ya Səudiyyə Ərəbistanında baş tutmaq ehtimalı var.
Daha əvvəl görüşün Tailandda təşkili nəzərdə tutulsa da, Fransa Futbol Federasiyası bundan imtina edib.
Qeyd edək ki, Fransa Superkuboku son iki mövsümdə İsraildə baş tutub.