Fransa Super Kubokunun qalibi müəyyənləşib

Fransa Super Kubokunun qalibi müəyyənləşib Çinin Şençjen şəhərində PSJ və Renn komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.
Futbol
3 Avqust , 2019 17:41
Fransa Super Kubokunun qalibi müəyyənləşib

Çinin Şençjen şəhərində PSJ və "Renn" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

"Report"un məlumatına görə, "Lungan - Universiad Sports Center" stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 13-cü dəqiqədə "Renn"in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.

Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi