Fransa prezidenti xeyriyyə matçında qol vurub

Fransa prezidenti xeyriyyə matçında qol vurub Fransada əfsanəvi futbolçulardan və həkimlərdən ibarət komandalar arasında xeyriyyə matçı keçirilib.
Futbol
14 Oktyabr , 2021 22:32
Fransa prezidenti xeyriyyə matçında qol vurub

Fransada əfsanəvi futbolçulardan və həkimlərdən ibarət komandalar arasında xeyriyyə matçı keçirilib.

"Report"un məlumatına görə, görüş veteranların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komandanın heyətində qollardan birini ölkə başçısı Emmanuel Makron vurub. O, penaltidən fərqlənib.

Əfsanələr komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular da yer alıb.

Qeyd edək ki, oyundan əldə olunan gəlir Parisdəki xəstəxanalar arasında bölüşdürüləcək.

Son xəbərlər

Orphus sistemi