Fransa millisinin yeni kapitanı müəyyənləşib

Fransa millisinin yeni kapitanı müəyyənləşib Futbol üzrə Fransa millisinin yeni kapitanı müəyyənləşib.
Futbol
21 Mart , 2023 08:50
Fransa millisinin yeni kapitanı müəyyənləşib

Futbol üzrə Fransa millisinin yeni kapitanı müəyyənləşib.

“Report”un AFP-yə istinadən məlumatına görə, baş məşqçi Didye Deşam sarğını 25 yaşlı futbolçu Kilian Mbappeyə həvalə edib.

Qapıçı Uqo Lyoris yığma karyerasını başa vurduğundan, bundan sonra komandanı oyunlara kapitan kimi Mbappe çıxaracaq. Digər hücumçu Antuan Qrizmann isə vitse-kapitan seçilib.

Qeyd edək ki, Kilian Mbappe Fransa millisinin heyətində keçirdiyi 66 oyunda 36 qol vurub, 23 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi