Fransa millisinin futbolçusu koronavirusa yoluxub

Fransa millisinin futbolçusu koronavirusa yoluxub Fransa millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Teo Ernandes koronavirusa yoluxub
Futbol
358
13 Oktyabr , 2021 15:51
Fransa millisinin futbolçusu koronavirusa yoluxub
Teo Ernandes

Fransa millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Teo Ernandes koronavirusa yoluxub.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının oyunlarından sonra 24 yaşlı müdafiəçidən götürülmüş testin nəticəsi müsbət çıxıb. Karantinə alınan oyunçunun vəziyyətinin yaxşı olduğunu bildirilib.

Qeyd edək ki, Fransa yığması UEFA Millətlər Liqasının qalibi olub. Teo Ernandes "Milan"ın heyətində cari mövsüm 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi