Fransa komandasının iki futbolçusu oyun zamanı bir-biri ilə dalaşıb
- 17 mart, 2018
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 mart. REPORT.AZ/ Fransa Liqa 2-də "Keviyi Ruan"la oyun zamanı "Oser" klubunun iki futbolçusu bir-biri ilə dalaşıb.
"Report"un məlumatına görə, 80-ci dəqiqədə "Keviyi Ruan" hücumda olduğu vaxt "Oser"in müdafiəçisi Pyer-İv Poloma topu almaq əvəzinə komanda yoldaşı Mikael Baretto ilə dalaşmağa başlayıb. Tərəflər onları ayıranadək bir-birilərinə zərbələr də endiriblər.
Bu epizodla əlaqədar baş hakim Paloma və Barettoya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Keviyi Ruan"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 11-ci pillədə gedən "Oser" növbəti turda "Bur-an-Bress"lə qarşılaşacaq.
President Donald J. Trump welcomes the President of Azerbaijan, Ilham Aliyev @PresidentAZ, to the White House. pic.twitter.com/6SOvrOjAJm
— The White House (@WhiteHouse) August 8, 2025