Fransa klubunun Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib

Fransa klubunun Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib Fransa Futbol Federasiyası (FFF) PSJ klubunun keçmiş oyunçusu Kilian Mbappeyə olan borcun ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.
Futbol
22 Noyabr , 2024 17:20
Fransa klubunun Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib
Kilian Mbappe

Fransa Futbol Federasiyası (FFF) PSJ klubunun keçmiş oyunçusu Kilian Mbappeyə olan borcun ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.

"Report"un "Frans Press" agentliyinə istinadən məlumatına görə, federasiyanın Paris klubunun futbolçuya 55 milyon avro ödəməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Mbappe köhnə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən PSJ-dən FFF və UEFA-ya şikayət edib. Günahı sübut olunarsa, kluba transfer qadağası qoyula və hətta UEFA lisenziyası ləğv edilə bilər. Bu da komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılması anlamına gələcək.

Qeyd edək ki, K.Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. 25 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent kimi İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.

O, PSJ-nin heyətində 5 dəfə Fransa çempionu, 3 dəfə ölkə kuboku və superkubokun qalibi olub. Həmçinin 2 dəfə Liqa Kubokunu qazanıb. K.Mbappe 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi