Fransa klubunda qolu qucaqlaşıb qeyd etmək qadağan olundu

Fransa klubunda qolu qucaqlaşıb qeyd etmək qadağan olundu Fransanın Marsel klubunda futbolçulara koronavirusla bağlı bəzi qadağalar qoyulub.
Futbol
6 Mart , 2020 14:54
Fransa klubunda qolu qucaqlaşıb qeyd etmək qadağan olundu

Fransanın "Marsel" klubunda futbolçulara koronavirusla bağlı bəzi qadağalar qoyulub.

"Report"un məlumatına görə, bu barədə yerli mətbuata açıqlamasında komandanın futbolçusu Valer Jermen deyib.

30 yaşlı hücumçunun sözlərinə görə, klubun tibbi personalı oyunçulara matç vaxtı əl sıxmaq və qucaqlaşmağı qadağan edib: "Bu gün "Amyen"ə qol vursaq, bunu müəyyən məsafədən qeyd etmək üçün variant icad etməliyik".

Qeyd edək ki, Liqa 1-də turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Marsel" bu gün XXVIII tur çərçivəsində evdə "Amyen" klubu ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi