Fransa çempionatının oyunundan sonra kütləvi dava olub

Fransa çempionatının oyunundan sonra kütləvi dava olub Stadionun avadanlıqlarına da ziyan dəyib
Futbol
435
23 Sentyabr , 2021 09:16
Fransa çempionatının oyunundan sonra kütləvi dava olub

Fransanın "Anje" və "Marsel" komandaları arasında Liqa-1-in VII turunda keçirilmiş oyundan sonra azarkeşlər arasında kütləvi dava düşüb.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, final fitindən sonra "Marsel" fanatları meydana girərək rəqib azarkeşlərə tərəf qaçıblar. Bu zaman iki komanda tərəfdarları arasında kütləvi dava baş verib və stadionun avadanlıqlarına da ziyan dəyib.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Daha əvvəl III turun "Nitsa" - "Marsel" oyunu zamanı qonaq azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar.

Son xəbərlər

Orphus sistemi