Fransa çempionatındakı münaqişəyə görə 3 yeniyetmə saxlanılıb

Fransa çempionatındakı münaqişəyə görə 3 yeniyetmə saxlanılıb Fransa Liqa 1-in III turunda "Marsel" və "Nitsa" komandaları arasında oyunda baş vermiş insident zamanı 3 yeniyetmə polis tərəfindən saxlanılıb.
Futbol
23 Avqust , 2021 12:46
Fransa çempionatındakı münaqişəyə görə 3 yeniyetmə saxlanılıb

Fransa Liqa 1-in III turunda "Marsel" və "Nitsa" komandaları arasında oyunda baş vermiş insident zamanı 3 yeniyetmə polis tərəfindən saxlanılıb.

"Report" BFM telekanalına istinadən xəbər verir ki, onlarla bağlı yerində protokol tərtib edilib, həmin şəxslər axşam evlərinə göndərilib.

Nitsa prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar. Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli fanatlar meydana girib. Matç futbolçularla azarkeşlərin kütləvi davasına görə yarımçıq dayandırılıb. Həmin vaxt "Nitsa" 1:0 hesabı ilə öndə olub.

Son xəbərlər

Orphus sistemi