Fransa çempionatında rekord: Tunisli futbolçu 68 metrdən qol vurub

Futbol
  • 01 noyabr, 2021
  • 08:09
Fransa çempionatında rekord: Tunisli futbolçu 68 metrdən qol vurub
Vəhbi Xəzri

"Sent Etyen" klubunun futbolçusu Vəhbi Xəzri "Mets"lə Fransa Liqa 1-in XII tur oyunu zamanı 68 metrlik məsafədən qol vurub.

"Report"un məlumatına görə, 16-cı dəqiqədə topu meydanın özlərinə aid hissəsində qəbul edən tunisli yarımmüdafiəçi bir qədər irəlilədikdən sonra "paraşüt" zərbəsi endirib. Top irəlidə olan qapıçının başı üzərindən tora daxil olub.

Bu, Liqa 1-in rekordudur. Liqa 1-də statistikanın aparılmağa başlanıldığı 2006/2007 mövsümündən indiyədək heç bir oyunçu belə uzun məsafədən fərqlənə bilməyib.

Qeyd edək ki, Vəhbi Xəzrinin qolu sayəsində "Sent Etyen" 1:1 hesablı heç-heçəyə nail olub. Hazırda bu komanda 12 oyundan 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. "Mets" isə 7 xalla 19-cudur.

44 filmi