Fransa çempionatında daha iki futbol matçı etirazlara görə təxirə salınıb

Fransa çempionatında daha iki futbol matçı etirazlara görə təxirə salınıb Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının XVIII turu çərçivəsində keçirilməli olan Nitsa - Sent-Etyen və Nant - Monpelye qarşılaşmalarının vaxtı dəyişdirilib.
Futbol
13 Dekabr , 2018 05:56
Fransa çempionatında daha iki futbol matçı etirazlara görə təxirə salınıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının XVIII turu çərçivəsində keçirilməli olan "Nitsa" - "Sent-Etyen" və "Nant" - "Monpelye" qarşılaşmalarının vaxtı dəyişdirilib.

"Report" Fransa I Liqasının saytına istinadən xəbər verir ki, bu oyunlar müvafiq olaraq dekabrın 14 və 15-i tarixlərində keçirilməli idi.

Matçların keçirilmə tarixləri sonra müəyyən ediləcək. Onların təxirə salınması qərarı son həftələr Fransada yanacağın qiymət artımına qarşı keçirilən etiraz aksiyaları səbəbindən qəbul olunub.

Bundan əvvəl də Fransa çempionatında iki matç tərixə salınmışdı.

Son xəbərlər

Orphus sistemi