Fransa çempionatı: "Bastiya" - "Lion" oyunu qarşıdurma səbəbindən yarımçıq qalıb

Fransa çempionatı: "Bastiya" - "Lion" oyunu qarşıdurma səbəbindən yarımçıq qalıb Azarkeşlər "Lion"un futbolçularına hücum etmək istəyiblər
Futbol
17 Aprel , 2017 02:04
Fransa çempionatı: Bastiya - Lion oyunu qarşıdurma səbəbindən yarımçıq qalıb
twitter.com

Bakı. 17 aprel. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatında "Bastiya" və "Lion" komandaları arasındakı oyun qarşıdurma səbəbindən yarımçıq qalıb.

"Report"un Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Bastiya" azarkeşləri oyun başlamazdan əvvəl meydana girərək "Lion"un futbolçularına hücum etmək istəyiblər.

Buna görə də, matçın start fiti 50 dəqiqə gecikib. İlk yarının sonlarında isə meydana girən azarkeşlə "Lion"un qapıçısı Antoni Lopeş arasında dava olub. Bu zaman görüşün stüardlarından biri qonaq komandanın müdafiəçisi Muktar Dyakabiyə zərbə endirməyə çalışıb. Nəticədə qərara alınıb ki, matç davam etdirilə bilməz. Oyunun keçiriləcəyi yeni tarix yaxın müddətdə açıqlanacaq.

Bu, həftə ərzində "Lion"un adının hallandığı ilk insident deyil. Aprelin 13-də Avropa Liqasında Türkiyə "Beşiktaş"ı ilə ilk 1/4 final matçından əvvəl "şirlər"in mindən çox azarkeşi meydana daxil olub. Nəticədə görüş 50 dəqiqə ləngiyib.

Son xəbərlər

Orphus sistemi