Frank Riberi karyerasını Qətərdə davam etdirə bilər

Frank Riberi karyerasını Qətərdə davam etdirə bilər Mövsümün sonunda Almaniyanın Bavariya klubu ilə yollarını ayıracaq Frank Riberi karyerasını Qətərdə davam etdirə bilər.
Futbol
15 Aprel , 2019 15:07
Frank Riberi karyerasını Qətərdə davam etdirə bilər
Reprot/Firi Salim

Mövsümün sonunda Almaniyanın "Bavariya" klubu ilə yollarını ayıracaq Frank Riberi karyerasını Qətərdə davam etdirə bilər. 

"Report" "Kicker"ə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi İspaniya "Barselona"sının sabiq futbolçusu Xavi Hernandesin çıxış etdiyi “Əl Sədd"ə keçəcək.

Fransalı oyunçu ilə Avstraliyanın “Vestern Sidney Uonderers” komandası da yaxından maraqlanır. 

Qeyd edək ki, Frank Riberi 2007-ci ildən "Bavariya"nın formasını geyinir. O, Münhen təmsilçisinin heyətində 8 Almaniya çempionluğu və UEFA Çempionlar Liqasını qazanıb. Yarımmüdafiəçi cari mövsüm Almaniya Bundesliqasında 21 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi