Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib

Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” matçının (2:2) son dəqiqəsində yaşanan mübahisəli epizodla bağlı şərh verib.
Futbol
16 Sentyabr , 2024 19:55
 Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” matçının (2:2) son dəqiqəsində yaşanan mübahisəli epizodla bağlı şərh verib.

"Report" xəbər verir ki, komitə sədri qonaq komandanın yerinə yetirdiyi künc zərbəsi zamanı köməkçi hakimin qapı xətti üzərində, künc bayrağının arxasında dayandığını bildirib:

"Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır. Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir (VAR Protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır). Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir.

Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir. Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir. VAR yalnız aşkar səhv olduqda müdaxilə etməlidir".

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “Sabah” – “Turan Tovuz” görüşünün son dəqiqəsində qonaq komandanın heyətində Roderik Miller rəqib qapısına yol tapsa da, qol qeydə alınmayıb. Səbəb olaraq topun meydanı tərk edərək oyuna daxil olması göstərilib.

Son xəbərlər

Orphus sistemi