“FourFourTwo” tarixin ən yaxşı britaniyalı futbolçularını açıqlayıb

“FourFourTwo” tarixin ən yaxşı britaniyalı futbolçularını açıqlayıb Şimali İrlandiya millisi və “Mançester Yunayted”in keçmiş hücumçusu Corc Best tarixin ən yaxşı britaniyalı futbolçusu seçilib.
Futbol
23 Fevral , 2024 07:47
“FourFourTwo” tarixin ən yaxşı britaniyalı futbolçularını açıqlayıb

Şimali İrlandiya millisi və “Mançester Yunayted”in keçmiş hücumçusu Corc Best tarixin ən yaxşı britaniyalı futbolçusu seçilib.

“Report” xəbər verir ki, siyahını nüfuzlu “FourFourTwo” nəşri dərc edib.

Jurnala görə, müxtəlif dövrdə oynamış 34 futbolçudan ibarət siyahıya Best başçılıq edir.

İkinci yeri şotlandiyalı Kenni Dalqliş (“Liverpul”) tutub. Üçüncü yerdə ingilis Bobbi Çarlton (“Mançester Yunayted”) qərarlaşıb.

10 ən yaxşı britaniyalı oyunçunun siyahısı:

1. Corc Best (Şimali İrlandiya)

2. Kenni Dalqliş (Şotlandiya)

3. Bobbi Çarlton (İngiltərə)

4. Bobbi Mur (İngiltərə)

5. Qaret Beyl (Uels)

6. Ueyn Runi (İngiltərə)

7. Kevin Kiqan (İngiltərə)

8. Harri Keyn (İngiltərə)

9. Cimmi Qrivz (İngiltərə)

10. Con Çarlz (Uels).

XXI əsrdə oynamış futbolçulardan Rayan Giqqz (Uels, 18-ci), Devid Bekhem (İngiltərə, 19-cu), Alan Şirer (İngiltərə, 22-ci), Frank Lempard (İngiltərə, 28-ci) və Stiven Cerrard (İngiltərə, 30-cu) da siyahıda yer alıb.

Son xəbərlər

Orphus sistemi