"Formula 1"də koronavirusa 9 yeni yoluxma aşkarlandı

"Formula 1"də koronavirusa 9 yeni yoluxma aşkarlandı Ötən həftə ərzində "Formula 1"də koronavirus infeksiyasına 9 yoluxma halı aşkarlanıb.
Futbol
31 Oktyabr , 2020 11:47
Formula 1də koronavirusa 9 yeni yoluxma aşkarlandı

Ötən həftə ərzində "Formula 1"də koronavirus infeksiyasına 9 yoluxma halı aşkarlanıb.

"Report"un Beynəlxalq Avtomobil İdmanı Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 23 - 29 oktyabrda ümumilikdə 4 281 test aparılıb. Yoluxanların adları açıqlanmır.

Qeyd edək ki, bu gün İtaliyanın İmola trasında San-Marino Qran-prisi start götürəcək. Bu trasda "Formula 1" pilotları 2006-cı ildən sonra ilk dəfə yarışacaqlar. Qran-prinin qalibi oktyabrın 1-də müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi