Azərbaycanlı futbolçu: "Fomin kimdir ki, onun dalınca danışım?!"

Azərbaycanlı futbolçu: "Fomin kimdir ki, onun dalınca danışım?!" Konkret kimi nəzərdə tutubsa, gərək, ad çəksin. O, heç vaxt deyə bilməz ki, hamı elədir.
Futbol
28 Aprel , 2020 17:42
Azərbaycanlı futbolçu: Fomin kimdir ki, onun dalınca danışım?!

"Konkret kimi nəzərdə tutubsa, gərək, ad çəksin. O, heç vaxt deyə bilməz ki, hamı elədir".

Bunu "Report"a açıqlamasında "Keşlə"nin oynayan məşqçisi Rəşad Sadiqov "Qəbələ"də ikən komanda yoldaşı olmuş Ruslan Fominin azərbaycanlı futbolçular barədə fikirlərinə münasibət bildirərkən deyib.

Hazırda ölkəsinin "Mariupol" klubunda çıxış edən ukraynalı hücumçu yerli mətbuata müsahibəsində deyib ki, əyalət təmsilçisində oynayarkən azərbaycanlı oyunçular onun üzünə gülüb, dalınca danışıblar. Sadiqov həmin legioneri yaxşı xatırlamadığını bildirib: "Yadımda qalmayıb. İstənilən halda, Fomin kimdir ki, dalınca danışım?! Tək onun yox, heç bir legionerin arxasınca danışmamışam. Gülünc iddiadır. Bizim ondan nə qorxacağımız var ki?! Sözümüz varsa, üzünə deyərik".

37 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, onu futbol aləmində hamı yaxşı tanıyır: "Hazırda "Neftçi"də çıxış edən Baqali Dabo və Voislav Stankoviçdən, "Qarabağ"da oynayan Filip Ozobiçdən də soruşa bilərsiniz ki, "Qəbələ"də yerlilərin əcnəbilərə münasibəti necə olub. Ola bilər, Fomini kimsə komandadan çıxarıb, klub rəsmilərindən kiminləsə narazılığı olub. Amma ümumi danışmaq olmaz".

Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ" formasını 2015 - 2017-ci illərdə geyinib.

Son xəbərlər

Orphus sistemi