Florentino Peres Superliqa layihəsini "trol"larla tanıtmağa çalışıb

Florentino Peres Superliqa layihəsini "trol"larla tanıtmağa çalışıb İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres sosial şəbəkələrdə internet hücumları vasitəsi ilə Avropa Super Liqası layihəsini tanıtmağa çalışıb
Futbol
11 Noyabr , 2021 15:06
Florentino Peres Superliqa layihəsini trollarla tanıtmağa çalışıb

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres sosial şəbəkələrdə internet hücumları vasitəsilə Avropa Super Liqası layihəsini tanıtmağa çalışıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, sosial şəbəkələrdə, ilk növbədə, tviterdə Superliqa və birbaşa onun prezidenti Peresə dəstək məqsədi ilə fəaliyyət yaradılıb.

Minlərlə "bot" və saxta hesab yeni turniri, həmçinin onun təsisçisini dəstəkləyən həştəq və tvitlər yayımlayıb. Eyni zamanda, tviterdə Superliqaya daxil olan yazıların təxminən yarısı izləyicisi və ya abunəsi olmayan hesablar tərəfindən yerləşdirilib.

İnternet hücumu həm də Superliqa layihəsini açıq şəkildə tənqid edən UEFA prezidenti Aleksander Çeferini gözdən salmaq məqsədi güdüb. Şəbəkədə müntəzəm olaraq saxta və boş profillərdən Çeferini tənqid edən yazılar peyda olub.

Qeyd edək ki, İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klublarının təsis etdiyi Avropa Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.

Son xəbərlər

Orphus sistemi