Firuz Abdulla: "AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil"

Firuz Abdulla: "AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil" "Hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil".
Futbol
11 Fevral , 2022 10:52
Firuz Abdulla: AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil
Firuz Abdulla

"Hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil".

Bunu "Report"un sorğusuna cavab olaraq, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla söyləyib.

"Rövnəq Abdullayev AFFA-nın prezidentidir. Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib", - deyə o bildirib.

Qeyd edək ki, Rövnəq Abdullayev fevralın 10-da SOCAR prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin olunub. AFFA-nın son hesabat Konfransı fevralın 2-də keçirilib.

Son xəbərlər

Orphus sistemi