"Fiorentina"nın hücumçusu "Yuventus"a keçib
Futbol
- 28 yanvar, 2022
- 18:17
İtaliyanın "Fiorentina" komandasının futbolçusu Duşan Vlahoviç "Yuventus"a keçib.
"Report"un məlumatına görə, serbiyalı hücumçu tibbi müayinədən sonra uzunmüddətli müqaviləyə imza atıb.
Onun transferi Turin klubuna 75 milyon avroya başa gəlib. 22 yaşlı forvard ilinə 7 milyon avro qazanacaq.
Qeyd edək ki, Duşan Vlahoviç "Fiorentina"ya 2018-ci ildə Serbiya "Partizan"ından keçib. İstedadlı forvard bu mövsüm İtaliya A Seriyasında 21 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə verib.
Son xəbərlər
03:52
"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
Region03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57