Finalissima: Son 5 ildə ilk darmadağın, yığmada ikinci titul

Finalissima: Son 5 ildə ilk darmadağın, yığmada ikinci titul Futbol üzrə İtaliya milli komandası son 5 ildə ilk dəfə böyük hesabla uduzub.
Futbol
2 İyun , 2022 09:23
Finalissima: Son 5 ildə ilk darmadağın, yığmada ikinci titul

Futbol üzrə İtaliya milli komandası son 5 ildə ilk dəfə böyük hesabla uduzub.

"Report"un məlumatına görə, "Skuadra Adzurra" Argentinaya Finalissimada 0:3 hesabı ilə yenilib.

Sonuncu dəfə 3 top fərqlə məğlubiyyət 2017-ci ilin sentyabrında eyni hesabla İspaniyadan alınıb. İtaliya ötən il əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış final görüşündə İngiltərəyə penaltilərlə 5:4 hesabı ilə qalib gələrək, AVRO-2020-nin qızıl medalçısı olub.

Argentina yığmasının kapitanı Lionel Messi isə milli komandada ikinci titulunu əldə edib. Bu kollektiv 2021-ci ildə finalda Braziliyanı 1:0 hesabı ilə yenərək, Amerika Kubokunu qazanıb. Messi 2014-cü il dünya çempionatında da titul əldə etməyə yaxın olub. Lakin həmin vaxt Argentina həlledici qarşılaşmada Almaniyaya 0:1 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Ümumilikdə isə Fransa PSJ-sinin futbolçusu karyerasında 40-cı kubokunu qazanıb. Təcrübəli forvard əldə etdiyi titulların sayına görə İspaniya "Barselona"sındakı sabiq komanda yoldaşı Andres İnyestanı geridə qoyub.

Bu göstəricidə "Barselona"nın və Braziliya millisinin oyunçusu Daniel Alveş liderdir. 39 yaşlı cinah müdafiəçisi karyerası ərzində 47 kuboka sahib olub.

Son xəbərlər

Orphus sistemi