"Qarabağ"ın legioneri: "Bugünkü hesab Antalyadakı hazırlığın nəticəsidir"

"Qarabağ"ın legioneri: "Bugünkü hesab Antalyadakı hazırlığın nəticəsidir" Oyunun çətin olacağını bilirdik. Yaxşı ki, erkən qol vurduq. Düşünürəm ki, bu gün yaxşı oyun göstərdik. Belə davam etmək lazımdır.
Futbol
15 Fevral , 2020 18:08
Qarabağın legioneri: Bugünkü hesab Antalyadakı hazırlığın nəticəsidir

"Oyunun çətin olacağını bilirdik. Yaxşı ki, erkən qol vurduq. Düşünürəm ki, bu gün yaxşı oyun göstərdik. Belə davam etmək lazımdır".

"Report"un məlumatına görə, bu fikiləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, ilk 15 dəqiqədə hesabın 3:0 olması onlar üçün də gözlənilməz olub: "Amma matçın asan keçdiyini deməzdim. Meydanda maksimum güclə oynadıq. Qalib gəldiyimiz üçün sevincliyik. Qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçdik. Bu gün qeydə alınan hesab Antalyadakı hazırlığın nəticəsidir. Bu cür oynamağa davam etdirməliyik. Çempionluq haqqında danışmaq tezdir. Düzdür, ən yaxın izləyicimizlə xal xərqimiz böyükdür. Amma qarşıda hələ çox oyunumuz var".

28 yaşlı futbolçu bildirib ki, uzunmüddəti zədədən sonra özünü yaxşı hiss edir: "Hər şey qaydasındadır. Bu gün zədədən sonra start heyətdə meydana çıxdığım ilk oyun idi. Özümü yaxşı hiss edirəm".

Ozobiç qış fasiləsində Dani Kintana və Riçard Almeyda kimi futbolçuların "Qarabağ"ı tərk etməsinə də toxunub: "Futbolda belə hallar olur. Kimsə gedir, kimsə gəlir. Hesab edirəm ki, bizim başqa yaxşı oyunçularımız da var. Onlarla da yaxşı nəticələr qazanmaq olar".

Son xəbərlər

Orphus sistemi