FIFA zədələnən futbolçu üçün "Real Madrid"ə ödəniş edəcək

FIFA zədələnən futbolçu üçün "Real Madrid"ə ödəniş edəcək İspaniyanın "Real Madrid" klubu FIFA-dan əlavə ödəniş alacaq.
Futbol
185
23 Noyabr , 2021 09:18
FIFA zədələnən futbolçu üçün Real Madridə ödəniş edəcək
Qaret Beyl

İspaniyanın "Real Madrid" klubu FIFA-dan əlavə ödəniş alacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsi səbəb olub.

Ali futbol qurumunun 2019-cu ildəki qərarına əsasən, oyunçular yığmanın heyətində zədələnərsə, klublara təzminat veriləcək.

FIFA 32 yaşlı hücumçu 28 gündən çox "kral klubu"nun heyətində olmayacağı təqdirdə 25,5 min avro ödəməli olacaq.

Qeyd edək ki, Qaret Beyl Belarusa 5:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. Forvard ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, daha əvvəl də yığmanın oyunlarında xəsarət alıb. Beyl cari mövsüm La Lİqada 3 oyunda iştirak edib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi