FIFA və UEFA nümayəndələri AFFA-nın Konfransına gəlib

FIFA və UEFA nümayəndələri AFFA-nın Konfransına gəlib AFFA-nın bu gün keçiriləcək növbəti Konfransında FIFA və UEFA nümayəndələri də iştirak edəcək.
Futbol
2 Fevral , 2022 09:15
FIFA və UEFA nümayəndələri AFFA-nın Konfransına gəlib

AFFA-nın bu gün keçiriləcək növbəti Konfransında FIFA və UEFA nümayəndələri də iştirak edəcək.

"Report"un məlumatına görə, ali futbol qurumunu Nodar Axalkatsi, qitə qurumunu Joze Kliment təmsil edəcək.

Onların Konfrans zamanı çıxışı da nəzərdə tutulub.

Qeyd edək ki, Kiçik Nodar Axalkatsi FIFA-nın UEFA-ya üzv assosiasiyaları İdarəetmə Departamentinin rəhbəridir. O, 2005 - 2009-cu illərdə Gürcüstan Futbol Federasiyasının prezidenti olub. Onun atası Nodar Axalkatsi Gürcüstanın məşhur futbolçusu, Tbilisi "Dinamo"sunun heyətində SSRİ çempionu və iki dəfə SSRİ Kubokunun sahibi olub.

Slovakiya Futbol Assosiasiyasının sabiq baş katibi Jozef Kliment isə hazırda UEFA-nın İnkişaf şöbəsininin rəhbəridir.

Son xəbərlər

Orphus sistemi