FIFA və FIFPro qadın futbolunun inkişafı üçün əməkdaşlığa başladı
- 21 may, 2020
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPpro) qadın futbolunun inkişafını sürətləndirmək və koronavirus pandemiyasının təsirini azaltmaq üçün birgə əməkdaşlığa dair razılığa gəliblər.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, əməkdaşlıq çərçivəsində qadın futboluna dəstək məqsədilə oyunçuların müqavilə şərtləri, yarışlar və beynəlxalq təqvim də daxil olmaqla, bir çox mövzuda müzakirələrin aparılması planlaşdırılıb.
Həmçinin FIFA-nın 2019 - 2022-ci illər üçün ayırdığı 1 milyard ABŞ dolları məbləğində investisiya qadın futbolunun bir sıra sahələrinin inkişafına, o cümlədən rəqabət, potensialın artırılması, idarəetmə və liderlik, peşəkarlıq və texniki inkişafa yönəldiləcək.
Bundan başqa, ali futbol qurumunun qadın futboluna əlavə yardım göstərməyə çalışdığı bildirilib.