FIFA Ukrayna klubunun daha 6 xalını silib

FIFA Ukrayna klubunun daha 6 xalını silib "Dnepr" turnir cədvəlinin sonuncu pilləsinə düşüb
Futbol
43
7 Fevral , 2017 18:01
FIFA Ukrayna klubunun daha 6 xalını silib

Bakı. 7 fevral. REPORT.AZ/ FIFA Ukraynanın "Dnepr" klubuna qarşı sanksiya tətbiq edib. 

"Report" "futbol24"ə istinadən xəbər verir ki, ali futbol qurumu sabiq oyunuçusu Danilo Souzaya olan borcu üzündən Dnepropetrovsk təmsilçisinin 6 xalını silib.

Bununla da hesabında cəmi 6 xal qalan komanda Ukrayna çempionatında turnir cədvəlinin sonuncu pilləsinə düşüb.

Qeyd edək ki, FIFA İntizam Komitəsi daha əvvəl də sabiq baş məşqçisi Xuande Ramosa olan 1 milyon 350 min avro borcunu ödəmədiyi üçün "Dnepr"in hesabından 6 xal silinməsinə dair qərar qəbul edib.