FIFA referimiz Konfrans Liqasının oyununa təyinat aldı

FIFA referimiz Konfrans Liqasının oyununa təyinat aldı Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Futbol
426
17 İyul , 2021 12:04
FIFA referimiz Konfrans Liqasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Albaniyanın "Teuta" və Andorranın "İnter" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi