FIFA prezidenti: "Pandemiya çətinliklərə səbəb oldu"

FIFA prezidenti: "Pandemiya çətinliklərə səbəb oldu" “Pandemiya bütün futbol ictimaiyyəti üçün görünməmiş çətinliklərə səbəb oldu”.
Futbol
24 Aprel , 2020 17:31
FIFA prezidenti: Pandemiya çətinliklərə səbəb oldu

“Pandemiya bütün futbol ictimaiyyəti üçün görünməmiş çətinliklərə səbəb oldu”.

“Report”un məlumatına görə, bunu FIFA-nn prezidenti Canni İnfantino ali futbol qurumunun rəsmi saytına açıqlamasında deyib.

Funksioner bildirib ki, dünya futbolunun idarəedici orqanı olan FIFA-nın vəzifəsi kəskin ehtiyacı olanlara dəstək olmaqdır: “Bu, quruma üzv olan federasiyalara təcili maddi yardım göstərməkdən başlayır. Bütün futbol ictimaiyyətindəki fövqəladə vəziyyətə cavab vermək üçün hazırladığımız maliyyə yardımı planın ilk hissəsidir. Paylaşdırdıqlarımızla birlikdə, itkiləri də qiymətləndiririk, ən uyğun və təsirli vasitələr üzərində çalışırıq. Bu yardım planının digər mərhələlərini də həyata keçirəcəyik”.

Qeyd edək ki, FIFA 211 üzv milli assosiasiyaya 150 milyon ABŞ dolları ayırıb.  

Son xəbərlər

Orphus sistemi