FIFA Panama Futbol Assosiasiyasını azarkeşlərə görə cəzalandırıb

FIFA Panama Futbol Assosiasiyasını azarkeşlərə görə cəzalandırıb FIFA İntizam Komitəsi Panama Futbol Assosiasiyasını cəzalandırıb.
Futbol
103
16 Oktyabr , 2021 14:03
FIFA Panama Futbol Assosiasiyasını azarkeşlərə görə cəzalandırıb

FIFA İntizam Komitəsi Panama Futbol Assosiasiyasını cəzalandırıb.

"Report" xəbər verir, buna milli komanda azarkeşlərinin Kosta-Rika və Meksikaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarında homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.

Yığma noyabrın 16-da Salvadora qarşı matçı boş tribunalar önündə keçirəcək. Bundan əlavə, ali futbol qurumu baş verənlərə görə assosiasiyanı 50 min isveçrə frankı məbləğində cərimələyib.

Panama Futbol Assosiasiyası hər cür ayrı ayrı-seçkiliyi qınadığını və qərardan apellyasiya şikayəti verdiklərini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi