FIFA nizamnaməni pozan assosiasiyaya cəza verdi

FIFA nizamnaməni pozan assosiasiyaya cəza verdi FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb.
Futbol
25 Sentyabr , 2020 09:30
FIFA nizamnaməni pozan assosiasiyaya cəza verdi

FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb. 

"Report"un məlumatına görə, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.

FIFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.

Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FIFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək. 

Son xəbərlər

Orphus sistemi