FIFA mövsümü qeyri-müəyyən müddətə uzadacaq

FIFA mövsümü qeyri-müəyyən müddətə uzadacaq FIFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün taleyinə dair qərarı yaxın günlərdə verəcək.
Futbol
6 Aprel , 2020 16:17
FIFA mövsümü qeyri-müəyyən müddətə uzadacaq

FIFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün taleyinə dair qərarı yaxın günlərdə verəcək.

“Report”un “The Athletic” nəşrinə istinadən məlumatına görə, ali futbol qurumu hazırkı mövsümü qeyri-müəyyən müddətə uzadacaq. Milli liqaların bitmə vaxtının isə müstəqil şəkildə müəyyənləşdirilməsinə imkan veriləcək.

Yay transfer dönəminin vaxtı da dəyişdiriləcək və klublar qalan matçları başa çatdırmaq üçün bu il iyunun 30-dək olan müqavilələri yeniləyə biləcəklər.

Hazırda koronavirus pandemiyası səbəbindən dünyada, demək olar ki, bütün yerli çempionatlar dayandırılıb. Avropada isə matçların baş tutduğu yeganə ölkə Belarusdur.

Son xəbərlər

Orphus sistemi