FIFA "Ferents Puşkaş" mükafatına son üç namizədi açıqlayıb

FIFA "Ferents Puşkaş" mükafatına son üç namizədi açıqlayıb FIFA Ferents Puşkaş mükafatına son üç namizədi açıqlayıb.
Futbol
2 Sentyabr , 2019 14:58
FIFA Ferents Puşkaş mükafatına son üç namizədi açıqlayıb

FIFA "Ferents Puşkaş" mükafatına son üç namizədi açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, son siyahıda İspaniya "Barselona"sının kapitanı Lionel Messinin "Betis"ə vurduğu qol da yer alıb. Digər iki namizədə gəlincə, bunlar Xuan Kinteronun ("River Pleyt", Argentina) "Rasinq"ə və Daniel Jorinin ("Debretsen", Macarıstan) Ferentsvaroş"a vurduğu qollardır.

Qeyd edək ki, qalibi FIFA əfsanələrinin münsiflər heyəti müəyyən edəcək. Mərasim sentyabrın 23-də Milanda olacaq. 

Orphus sistemi