FIFA dünya çempionatının iki ildən bir təşkili ideyasına münasibət bildirdi

FIFA dünya çempionatının iki ildən bir təşkili ideyasına münasibət bildirdi FIFA prezidenti Canni İnfantino dünya çempionatlarını hər iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib.
Futbol
21 Mart , 2021 10:08
FIFA dünya çempionatının iki ildən bir təşkili ideyasına münasibət bildirdi
Canni İnfantino

FIFA prezidenti Canni İnfantino dünya çempionatlarını hər iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib.

"Report"un məlumatına görə, belə bir təkliflə İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi, hazırda isə ali futbol qurumunda Futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger çıxış edib. İnfantino bütün təklif və ideyalara açıq olmalarının gərəkliyini vurğulayıb: "Arsen Venger təkcə uğurlu və parlaq məşqçi deyil, həm də futbolun professorudur. Lakin bunun üçün xüsusi mütəxəssislərimiz də var. Başda bu məqam olmaqla, təqvimi müzakirə edəcək. Çünki qarşıdakı bir neçə ay ərzində qərar qəbul etməliyik ki, ilin sonuna və ya gələn il ərzində hər şeyi ətraflı planlaşdıra bilək".

Qeyd edək ki, Arsen Venger təklifini yığma komandalardakı futbolçuların orta yaş həddinin 27-28 olması ilə əlaqələndirib. Fransalı mütəxəssis dünya çempionatı 4 ildə bir dəfə keçiriləcəyi təqdirdə, həmin futbolçuların kubok qazanma şanslarını xeyli aşağı qiymətləndirib. Çünki onlar növbəti mundialda karyeralarını bitirmə həddində - 32-33 yaşlarında olurlar.

Son xəbərlər

Orphus sistemi