FIFA dünya çempionatına ev sahibliyi etmək üçün 3 təklif alıb
Futbol
- 09 dekabr, 2023
- 06:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA 2027-ci ildə qadınlar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün 3 təklif alıb.
“Report” xəbər verir ki, son müraciət ötən gün ABŞ və Meksikadan olub.
Adıçəkilən ölkələr dörd il sonra baş tutacaq mundiala birgə ev sahibliyi etmək niyyətindədirlər. Daha əvvəl Braziliya, eləcə də, Belçika, Almaniya və Niderlanddan ibarət “üçlük” quruma rəsmi sənəd təqdim etmişdi. Müraciət üçün müddət artıq başa çatıb.
FIFA müraciət edən ölkələrə 2024-cü ilin fevralında yoxlama səfərləri təşkil edəcək. Ali futbol qurumunun mayda keçiriləcək konqresində ev sahibi ölkə ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, qadınlar arasında builki dünya çempionatını Avstraliya və Yeni Zelandiya birgə qəbul ediblər.
Son xəbərlər
09:33
Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq
Komanda
09:30
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
Daxili siyasət
09:20
Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
Hadisə
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr