FIFA danışılmış oyun aşkarladı, komanda liqadan uzaqlaşdırıldı

FIFA danışılmış oyun aşkarladı, komanda liqadan uzaqlaşdırıldı Ali futbol qurumu hadisə ilə bağlı yerli federasiyanı məlumatlandırıb
Futbol
133
5 May , 2021 11:35
FIFA danışılmış oyun aşkarladı, komanda liqadan uzaqlaşdırıldı

Keniya Futbol Federasiyası "Zoo Keriço" komandasını Premyer Liqadan kənarlaşdırıb.

"Report"un məlumatına görə, səbəb FIFA-nın komandanı oyunların manipulyasiyasında təqsirli bilməsidir. Ali futbol qurumu hadisə ilə bağlı yerli futbol qurumunu məlumatlandırıb. Keniya Futbol Federasiyası komandanın 2021/2022 mövsümündən üçüncü liqada çıxış etməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, "Zoo Keriço" Premyer Liqada 14 oyundan 8 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda 15-ci yerdəki "Vestern Stima"dan 2 matç az keçirib və 4 xal geridədir.

Son xəbərlər

Orphus sistemi