FIFA Blatter və Platiniyə qarşı 2 milyon franklıq iddia qaldırıb

FIFA Blatter və Platiniyə qarşı 2 milyon franklıq iddia qaldırıb FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.
Futbol
16 Dekabr , 2019 18:57
FIFA Blatter və Platiniyə qarşı 2 milyon franklıq iddia qaldırıb

FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.

"Report"un məlumatına görə, ali futbol qurumu 2011-ci ilin fevralında fransalı keçmiş futbolçuya əsassız ödənilmiş 2 milyon İsveçrə frankının (3,46 milyon manat) qaytarılmasını tələb edib.

Bu bir müddət öncə FIFA-nın İdarəetmə üzrə Komitəsinin yekdilliklə qəbul etdiyi qətnamədə əksini tapıb. Həmin sənəddə göstərilir ki, FIFA keçmiş səlahiyyətli şəxsinin birindən digərinə qeyri-qanuni ödənilmiş vəsaiti geri qaytarmaqda borcludur. Hətta İsveçrə Federal Ali Məhkəməsi 2 milyon frank məbləğində "hədiyyə"yə əsaslandırılmamış vəsait kimi baxılmasının gərəkliyini təsdiqləyib.

Faiz, əlavə nizam-intizam xərcləri və cərimələri formasında qaytarılmış vəsaitlər, ilk növbədə, futbolun inkişafına yönəldiləcək.

Qeyd edək ki, Yozef Blatter və Mişel Platini öz tərəflərindən hər hansı qayda pozuntusunu inkar edirlər. 

Son xəbərlər

Orphus sistemi