FIFA afrikalı qapıçını dopinqə görə futboldan uzaqlaşdırıb

FIFA afrikalı qapıçını dopinqə görə futboldan uzaqlaşdırıb Kot d İvuar millisinin və Efiopiyanın "Volkayt Siti" klubunun qapıçısı Silven Qboyo diskvalifikasiya edilib
Futbol
424
12 Yanvar , 2022 16:35
FIFA afrikalı qapıçını dopinqə görə futboldan uzaqlaşdırıb

Kot d İvuar millisinin və Efiopiyanın "Volkayt Siti" klubunun qapıçısı Silven Qboyo diskvalifikasiya edilib.

"Report"un məlumatına görə, FIFA 34 yaşlı qolkiperi qadağan olunmuş maddədən istifadə etdiyi üçün cəzalandırıb.

Ali futbol qurumu Afrika Millətlər Kubokunun startından əvvəl Kot d İvuar Futbol Federasiyasını məlumatlandırıb. Lakin qurum Qboyonun günahsızlığının sübut olunacağı ümidi ilə onun turnirdə iştirakına mane olmayıb. Dekabrın 27-də yerli federasiyaya məsələ ilə bağlı məlumat verilib.

Federasiya oyunçunun görmə qabiliyyətinə görə dərman qəbul etdiyini bildirib. Qapıçıdan götürülmüş sidik nümunəsində ona təyin edilmiş dərmanın aktiv maddəsinin molekullarının izləri aşkar olunub.

FIFA qapıçını futboldan uzaqlaşdırıb və ona apellyasiya üçün əlavə 20 gün vaxt verib. Silven Qboyo Afrika Millətlər Kubokunda komandasına kömək edə bilməyəcək.

Futbolçunun analizində Ümumdünya Antidopinq Agentliyinin stimullaşdırıcı kimi təsnif etdiyi güclü ürək dərmanı olan trimetazidin aşkarlanıb.

Qeyd edək ki, Kot d İvuar Afrika Millətlər Kubokunda ilk oyununu bu gün Ekvatorial Qvineyaya qarşı keçirəcək.

Kot-d' İvuar bu turnirdə ilk oyununu yanvarın 12-də Dualada Ekvatorial Qvineya ilə keçirəcək.

Son xəbərlər

Orphus sistemi