FİF-in rəhbəri: "Quba və digər regionlarda nümayəndəlik yarada bilərik"

FİF-in rəhbəri: "Quba və digər regionlarda nümayəndəlik yarada bilərik" "Fəaliyyətimizin effektiv olmasını istəyirik. Nə isə etmək xatirinə nümayəndəlik yaratmaq niyyətində deyilik".
Futbol
14 Aprel , 2022 15:44
FİF-in rəhbəri: Quba və digər regionlarda nümayəndəlik yarada bilərik
Tural Piriyev

"Növbəti il Quba və digər regionlarda nümayəndəlik yarada bilərik".

Bunu "Report"a müsahibəsində Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev 5 regiondan başqa digər bölgələrdə nümayəndəliklərin yaradılmamasına münasibət bildirərkən deyib.

FIF rəsmisi hələlik Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin olacağını bildirib: "Fəaliyyətimizin effektiv olmasını istəyirik. Nə isə etmək xatirinə nümayəndəlik yaratmaq niyyətində deyilik. Bu siyahını kifayət qədər də böyütmək olar. Burada əsas səbəb effektivlikdir. 5 nümayəndəlik yaratmışıq, amma hamısında fəaliyyətə aktiv başlaya bilmirik. Bunları seçərkən əsasən, regionların futbol tarixlərinə baxmışıq. Klubların fəaliyyəti və yerli ictimaiyyətin futbola marağı da nəzərə alınıb. Bu 5 region müəyyən prioritetlər əsasında müəyyən edilib. Əlbəttə, bununla kifayətlənmək istəmirik. Əhatə dairəsinin daha da böyüməsinin tərəfdarıyıq".

Piriyev Şimal Zonasında, mərkəzdə və Naxçıvanda da nümayəndəlik yaratmaq niyyətində olduqlarını sözlərinə əlavə edib: "Amma inanmıram ki, biz 2022-ci ildə 5-dən daha çox nümayəndəlik yarada bilək. Effektiv fəaliyyət üçün ciddi işlər görməliyik. İlk 5 region həm də təcrübədir. Yəqin ki, hansısa səhvlərimiz olacaq və onların üzərində işləməyə çalışacağıq. Növbəti regionlarda biz fəaliyyətimizi daha effektiv quracağıq. Bu il yalnız 5 region üzrə nümayəndəliklərimiz olacaq".

Tural Piriyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi