FİFA20 Milli Liqasında itkisiz lider - NƏTİCƏLƏR

FİFA20 Milli Liqasında itkisiz lider - NƏTİCƏLƏR “Gaming League Azerbaijan” (GLA), Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi FİFA20 Milli Liqasının 8 turu arxada qalıb.
Futbol
25 Aprel , 2020 13:33
FİFA20 Milli Liqasında itkisiz lider - NƏTİCƏLƏR

“Gaming League Azerbaijan” (GLA), Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi FİFA20 Milli Liqasının 8 turu arxada qalıb.

GLA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çempionatda “Nakhchivan Alinja Tower”dən başqa, bütün komandalar xal itiriblər.

Cavid Qurbanovun idarə etdiyi kollektiv 100%-lik nəticə qazanaraq 24 xalla turnir cədvəlinin vahid lideridir. Onların ən yaxın izləyicisi, Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” komandası 19 xalla 2-ci sırada qərarlaşıb. İlk üçlüyü isə mövsümə ardıcıl xal itkiləri ilə başlasa da, son iki turu qələbə ilə tamamlayan Tural Həsənovun təmsil etdiyi “Karabakh Horses” klubu tamamlayır. “Qarabağ atları” “Sülhməramlılar”dan cəmi 1 xal geri qalır.

Liqanın son pillələrində isə hələ də qələbə üzünə həsrət qalan 4 komanda qərarlaşıb. Bunlar “Neftchala Sailors”, “Mingachevir Energizers”, “Lankaran Heroes”, “Qazakh Ashiqs” kollektivləridir. 

Ümumi mükafat fondu 17 000 manat olan FİFA20 Milli Liqasının növbəti turları 26-27 apreldə keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər. Eləcə də günün ən maraqlı qarşılaşmaları İdmanTV vasitəsilə canlı yayımlanır.

https://www.twitch.tv/glahub

Son xəbərlər

Orphus sistemi