FİFA Sudan Futbol Assosiasiyasının fəaliyyətini dayandırıb

FİFA Sudan Futbol Assosiasiyasının fəaliyyətini dayandırıb Ali futbol qurumu Abdel Rəhman Sir əl-Hatimin prezident postundan getməsini tələb edir
Futbol
7 İyul , 2017 15:53
FİFA Sudan Futbol Assosiasiyasının fəaliyyətini dayandırıb

Bakı. 7 iyul. REPORT.AZ/ FİFA 6 iyuldan etibarən Sudan Futbol Assosiasiyasının fəaliyyətini dayandırıb. “Report”un ESPN telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb bu ilin aprelində Abdel Rəhman Sir əl-Hatimin qanunsuz seçkilərdən sonra prezident postunu tutmasıdır.

Qərara əsasən, Sudan FİFA üzvlüyünə dair bütün hüquqlarını itirib.

Qeyd edək ki, Abdel Rəhman Sir əl-Hatim vəzifəsindən getməyənə qədər Sudan yığması və bu ölkənin klubları ali futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi