FİFA-nın Tibb Departamentinin rəhbəri istefa verib

FİFA-nın Tibb Departamentinin rəhbəri istefa verib İrji Dvorjak 22 il bu vəzifədə çalışıb
Futbol
3 Noyabr , 2016 00:30
FİFA-nın Tibb Departamentinin rəhbəri istefa verib

Bakı. 3 noyabr. REPORT.AZ/ FİFA-nın Tibb Departamentinin rəhbəri İrji Dvorjak 22 ildən sonra tutduğu vəzifədən gedib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"FİFA idman tibbinin inkişafı sahəsində pioner olub və mən fəxr edirəm ki, uzun müddət ərzində bu prosesə rəhbərlik etmişəm. Biz öz konsepsiyamız çərçivəsində sübut etdik ki, kişi, qadın və uşaqlar arasında müxtəlif xarakterli zədələrin 50 faizinin qarşısı alına bilər", - deyə o bildirib.

Departamentin yeni rəhbərinin adına yaxın vaxtlarda aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi