Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib

Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.
Futbol
5 İyun , 2019 14:34
Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.

“Report” xəbər verir ki, iyunun 5-də Fransanın Paris şəhərində baş tutan FİFA-nın qurultayında bu vəzifə 2023-cü ilədək C.İnfantinoya həvalə olunub.

Xatırladaq ki, isveçrəli funksioner təşkilata 2016-cı ilin fevralından başçılıq edir.

Qeyd edək ki, daha əvvəl bu vəzifəni Yozef Blatter tutub. O, FİFA-nın daxili korrupsiya qalmaqalında iştirak etdiyi üçün 2015-ci ilin dekabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi